Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah”, hazırlıq çərçivəsində növbəti oyununu keçirib. Komandamız Rumıniyanın “Akademika Klinçeni” klubu ilə qarşılaşıb. Belekdəki “Titanik Mardan” stadionunda baş tutan görüşdə futbolçularımız fərqlənmək üçün bir neçə qol fürsəti əldə etsə də, dəyərləndirə bilməyiblər.

Matçın son dəqiqəsində qarşılaşmanın baş hakimi qapımıza penalti təyin edib. Aleksandru Popesku fürsətdən istifadə edə bilməyib. Qapıçımız Dmitri Bezruk zərbəni dəf edib. Görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.

Xatırladaq ki, komandamız Antalya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Macarıstanın “Pakş” komandası ilə qarşılaşmışdı (0:2).

“Sabah” (Azərbaycan) – “Akademika Klinçeni” (Rumıniya) 0:0

Antalya, Belek. “Titanik Mardan” stadionu.

Sabah: 1. Saşa Stamenkoviç (71. Dmitri Bezruk, 46), 2. Elçin Mustafayev (22. Məqsəd İsayev, 46), 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç (20. Neymət Musayev, 90), 19. Təmkin Xəlilzadə (5. Kərim Diniyev, 84), 30. Mario Marina, 11. Şakir Seyidov (97. Emil Qasımov, 54), 14. Rəşad Eyubov (7. Coşqun Diniyev, 67), 26. Ozan Can Kökcü (77. Cavid Tağıyev, 70), 23. Amadu Diallo, 10. Cavid İmamverdiyev (29. Ceyhun Nuriyev, 82).

Akademika Klinçeni: 33. Migel Santos, 14. Qabriel Matey, 18. Kristof, 17. Aleksandru Albu, 21. Mihay Dobresku, 37. Yevgeni Çebotaru, 8. Tasos, 25. George Merloy, 11. Aleksandru Popesku, 9. Aleksandru Buzyuk, 77. Yakub Voytus.

İkinci hissədə meydana çıxanlar: 1. Oktavian Vılçanu, 23. Andrey Rauta, 31. Cibahu, 5. Hort, 22. Prvulesku, 89. Adrian Sut, 99. Perehi, 20. Robert İon, 70. Oahe.