Komandamızın baş məşqçisi Jelko Sopiç klub saytına “Kaysar”la yoxlama oyunu (3:1) barədə fikirlərini bildirib:
“Bu gün sərgilədiyimiz oyuna görə şadam. Ona görə yox ki, qalib gəldik. Yoxlama oyunlarında nəticə vacib deyil. Əsas odu ki, bu gün yaxşı oyun sərgilədik. Rəqibə fərqlənmək üçün çox az şans verdik. Oyundan-oyuna inkişaf edirik. Ancaq qarşıdakı oyunlarda əldə etdiyimiz şanslardan daha yaxşı yararlanmalıyıq. İlk hissədə bir neçə real qol fürsətini boşa verdik. Rəqib isə əlinə düşən azsaylı fürsətlərin birindən yararlandı.
Ümumi götürsək, oyunumuzdan razı qaldım. Gənc futbolçularımızın bu cür oyunlarında təcrübə qazanması da sevindirici məqamdı”.