Azərbaycan xalqının qəhrəmanlıq tarixinə düşmüş 20 yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakıda öz suverenliyi uğrunda ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Lakin bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.
“Sabah” FK şəhidlərimizin əziz xatirəsini ehtiramla anır.