Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən komandamız sabah hazırlıq çərçivəsində son yoxlama oyununu keçirəcək. “Sabah” Rusiyanın “Spartak” klubunun əvəzediciləri ilə qarşılaşacaq. Görüş Belekdəki Hüseyn Aygün Futbol Mərkəzində, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 17:00-da) başlayacaq.

Qarşılaşma “Sabah” FK-nın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.