“Vətən” RİOEUG futbol məktəbinin təşkilatçılığı ilə 2010-2011-ci il təvəllüdlü uşaqlar arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş futbol turnirinə yekun vurulub.
Turnir iştirakçı komandaların Şəhidlər xiyabanını ziyarət etməsi ilə başlayıb. Qrup mərhələsində keçirilən oyunlardan sonra yarımfinala A qrupundan “Sabah” və “Vətən”, B qrupun dan isə “Vətən U-10” və “Astara” komandaları vəsiqə qazanıblar.
Yarımfinalda “Sabah”- “Astara”ya “Vətən” isə “Vətən U-10″a qalib gələrək finala adlayıb. Gərgin keçən final oyununda “Sabah” rəqibindən üstün olaraq, turnirin ən güclüsü adını qazanıb. 3-cü yer uğrunda oyunda isə “Astara” “Vətən U-10″u məğlub edib.
Final oyunundan sonra qalib komandalar və turnir ərzində fərqlənən oyunçulara diplom, medal və kuboklar təqdim edilib.