“Sabah” Futbol Akademiyasının rəhbərliyi ilə akademiyamızın məşqçi heyəti arasında növbəti iclas baş tutub. İclasda akademiyanın komandalarının mövsümün ilk yarısındakı çıxışı, dekabrda bölgələrdə keçirilmiş və gələcəkdə baş tutması planlaşdırılan seleksiya məşqləri və s. məsələlər müzakirə edilib.
Xatırladaq ki, akademiya rəhbərliyi ilə məşqçilər arasında görüşlər hər həftə keçirilir.