“Sabah” mövsümün ikinci yarısına hazırlıqları davam etdirir. Türkiyədən yanvarın 22-də qayıdan komandamız, ayın 25-də məşqləri bərpa edib. Jelko Sopiçin yetirmələri mövsümün ikinci yarısına hazırlıqları Masazırda davam etdirir. Yeni transferimiz Yevgeni Koçuk da komandaya qoşulub.

Xatırladaq ki, “Sabah” mövsümün ikinci yarısında ilk oyununu səfərdə “Zirə”yə qarşı keçirəcək. Görüş fevralın 1-də, saat 15:00-da baş tutacaq.