11 yaşadək futbolçular arasında 2 fevral Gənclər gününə həsr edilmiş turnir başa çatıb. Azərbaycan Sənaye Korparasiyasının təşkilatçılığı ilə keçirilən turnirin qalibi “Sabah” olub. Savalan Əlizadə və Nasir Nəsirlinin yetrimələri “Akvatik” və “Zirə”ni 5:2, BFM-i 6:1, “Keşlə”ni isə 4:0 hesabıyla məğlub edərək, yarışı qalib başa vurub.