Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə start verilib. “Sabah” qış fasiləsindən sonra ilk oyununu səfərdə “Zirə”yə qarşı keçirib. Zirə İdman Kompleksinin stadionunda keçirilən matç rəqibin 2:0 hesablı qələbəsilə nəticələnib. “Zirə”nin qollarına Ağabala Ramazanov və Riçard Qadze imza atıblar.

Baş məşqçimiz Jelko Sopiç oyunsonrası mətbuat konfransında matçla bağlı fikirlərini bildirib:

“Birinci hissədə oyuna nəzarət edirdik. Sadəcə, “Neftçi” ilə matçdakı kimi son dəqiqələrdə qol buraxdıq. “Zirə” yaxşı komandadı. Hücumda sürətli futbolçuları var. Bu rəqibə qarşı oynamaq asan deyildi. Fasilədən sonra hücuma atıldıq. Bu isə rəqibin sürətli futbolçuları üçün boşluqlar yaranmasına səbəb oldu”.

Komandamız çempionatda növbəti oyununu evdə “Qəbələ”yə qarşı keçirəcək. Görüş fevralın 7-də, saat 19:00-da “Bank Respublika Arena”da baş tutacaq.