Futbol üzrə Azərbaycan çempionatının Gənclər Liqasında XV tura start verilib. “Sabah”ın U-19 komandası bu turda “Qəbələ” ilə qarşılaşıb.

Binə qəsəbə stadionunda keçirilən matç qolsuz bərabərliklə başa çatıb.

15 turdan sonra hesabında 31 xal olan “Sabah” turnir cədvəlində 1-ci sırada qərarlaşıb. Növbəti turda istirahət edəcək komandamız XVII turda səfərdə “Səbail”lə qarşılaşacaq. Görüş fevralın 19-da baş tutacaq.