Azərbaycan Premyer Liqasının XVI turunun hakim təyinatları açıqlanıb. “Sabah” – “Qəbələ” oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Görüş fevralın 7-də saat 19:00-da “Bank Respublika Arena”da baş tutacaq. Qarşılaşma “CBC Sport” kanalından canlı yayımlanacaq.

7 fevral (cümə)

“Sabah” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Masazır. “Bank Respublika Arena”, 19:00