Futbol üzrə Azərbaycan Birinci divizionunda ikinci dövrəyə start verilib. “Sabah”ın əvəzedici komandası bu turda “Zaqatala”nı qəbul edib. “Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən matç Rövşən Babayevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Oyunda komandamızın qollarına Fərid Kərimzadə və Bəxtiyar Soltanov (2) imza atıb.
Hazırda hesabında 25 xal olan “Sabah-2” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Komandamız növbəti turda səfərdə “Zirə-2” ilə qarşılaşacaq.