Azərbaycan Premyer Liqasının XVI turunda evdə “Qəbələ” ilə qarşılaşan “Sabah” matçdan 3:2 hesablı qələbə ilə ayrılıb. Komandamızın baş məşqçisi Jelko Sopiç oyunsonrası mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib:

“Uzun müddətdi davam edən qələbəsizlik seriyasına son qoymağımız yaxşı oldu. İlk qolu buraxdıqdan sonra futbolçular əzmkarlıq göstərdilər. Geri dönüş etməyi bacardıq. Yeni gələnlər hələ tam uyğunlaşmayıb. Gündən-günə daha yaxşı olacağıq. Futbolçularım bu gün yaxşı mübarizə apardılar. Meydanda əllərindən gələni etdilər. Buna görə onlara təşəkkür edirəm”.