Fevralın 9-dan 11-dək Bakıda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı olacaq. “Sabah” FK-nın 5 futbolçusu millimizə dəvət alıb.
Əsas və əvəzedici komandamızın futbolçuları – Rüstəm Samiqullin, Elçin Mustafayev, Arsen Ağcabəyov, Şakir Seyidov və Ozan Can Kökcü U-21 yığmamızın təlim-məşq toplanışında iştirak edəcək.