Azərbaycan Premyer Liqasında XVI tura start verilib. “Sabah” bu turda evdə “Qəbələ” ilə qarşılaşıb.
“Bank Respublika Arena”da keçirilən qarşılaşmada hesabı qonaqlar açıb. Ülvi İsgəndərov görüşün 5-ci dəqiqəsində “Qəbələ”ni hesabda önə keçirib – 1:0. Lakin qonaqların üstünlüyü cəmi 14 dəqiqə çəkib. Matçın 19-cu dəqiqəsində Marko Deviç Ozan Can Kökcünün məhsuldar ötürməsini məntiqi sonluqla tamamlayıb. Cəmi 2 dəqiqə sonra Mario Marina Yevgeni Koçukun ötürməsindən sonra dəqiq baş zərbəsi ilə komandamızı hesabda önə keçirib – 2:1. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra komandalar hərəyə bir qol daha vurublar. Əvvəlcə oyuna ikinci hissədə daxil olan Şakir Seyidovun ötürməsindən sonra Ehtiram Şahverdiyev topu öz qapısına göndərib – 3:1. Matça əlavə edilmiş 2-ci dəqiqədə isə “Qəbələ”nin futbolçusu Nikolas Raysel penaltidən fərqi minimuma endirib. Bu, görüşdə vurulan son qol olub. Komandamız “Qəbələ” ilə ev oyunundan 3:2 hesablı qələbə ilə ayrılıb.
“Sabah” Azərbaycan Premyer Liqasında növbəti oyununu səfərdə “Sumqayıt”a qarşı keçirəcək.