Futbol üzrə Azərbaycan I Divizionunda XV tura yekun vurulub. “Sabah”ın əvəzedicilərdən ibarət komandası bu turda səfərdə “Zirə-2” ilə qarşılaşıb. “AZAL Arena”da keçirilən matç komandamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qollarımıza matçın 45+3-cü dəqiqəsində penaltidən Zahid Mərdanov və görüşün 77-ci dəqiqəsində Fərid Kərimzadə imza atıblar.
“Sabah-2” növbəti turda evdə “Səbail-2” ilə qarşılaşacaq. Görüş fevralın 20-də baş tutacaq.
15 turdan sonra hesabında 28 xal olan Rövşən Babayevin yetirmələri turnir cədvəlində 2-ci pillədə qərarlaşıblar.