Komandamızın baş məşqçisi Jelko Sopiç “Sumqayıt”la səfər oyunundan sonrakı mətbuat konfransında matçla bağlı fikirlərini bildirib:

“Qarşılaşmanın 70-75 dəqiqəsində çox gözəl oynadıq. “Sabah”da işlədiyim vaxtda ən yaxşı oyunlarımızdan birini keçirdik. Bu gün fərqli oyun sistemindən istifadə etdik. “Sumqayıt”a topla çox oynamağa imkan verməməli idik. Bizə lazım olan 3 xalı qazandıq”.

Xatırladaq ki, “Sabah” “Sumqayıt”la səfər oyunundan 2:1 hesablı qələbə ilə ayrılıb. Komandamız növbəti turda evdə “Səbail”lə qarşılaşacaq.