Azərbaycan Premyer Liqasında XVII tura start verilib. “Sabah” bu turda səfərdə “Sumqayıt”la qarşılaşıb. “Kapital Bank Arena”da keçirilən qarşılaşma komandamızın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Oyunun ilk hissəsi qolsuz bərabərliklə başa çatıb.
Görüşdə hesab 59-cu dəqiqədə açılıb. Şakir Seyidov Xulio Rodriqesin başla ötürməsini dəqiq zərbə ilə qapıdan keçirib. Cəmi iki dəqiqə sonra komandamız hesab arasındakı fərqi ikiyə çatdırıb. Ozan Can Kökcü cərimə meydançasının kənarında ələ keçirdiyi topu gözəl zərbə ilə qapıdan keçirib. Meydan sahibləri oyuna əlavə edilmiş birinci dəqiqədə buraxılmış toplardan birinin əvəzini çıxsa da, bu, matçda vurulan son qol olub. Beləliklə, komandamız Sumqayıt səfərindən 3 xalla ayrılıb.
17 oyundan sonra hesabında 19 xal olan “Sabah”, turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Komandamız növbəti turda evdə “Səbail”lə qarşılaşacaq. Görüş fevralın 23-də baş tutacaq.