“Sabah” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir.
Komandamız bu gün bir məşq keçib. “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutan məşqdə futbolçular əsasən fiziki və toplu təmrinləri yerinə yetiriblər. Yeni transferimiz Ramil Şeydayev də komandamızla ilk məşqinə çıxıb.
Xatırladaq ki, “Sabah” – “Səbail” oyunu fevralın 23-də, saat 16:00-da başlayacaq. Görüş “Bank Respublika Arena”da baş tutacaq.