Futbol üzrə Azərbaycan I Divizionunda XVI tura start verilib. “Sabah”ın əvəzediciləri bu turda evdə “Səbail-2” ilə qarşılaşıb. “Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən qarşılaşma rəqibin minimal hesablı (0:1) qələbəsi ilə nəticələnib.

Hazırda hesabında 28 xal olan “Sabah-2” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Komandamız I Divizionun növbəti turunda səfərdə “Qaradağ Lökbatan”la qarşılaşacaq. Matç fevralın 28-də baş tutacaq.