Azərbaycan Premyer Liqasının XVIII turunda evdə “Səbail”lə qarşılaşan “Sabah”, görüşdən qolsuz bərabərliklə ayrılıb. Matçdan sonra komandamızın baş məşqçisi Jelko Sopiç oyunla bağlı fikirlərini bildirib:
“Bizim üçün ağır oyun oldu. 75 dəqiqə azlıqda oynamaq çətin idi. Son 20-25 dəqiqədə yaxşı oynadıq. Bəxt bir qədər yanımızda olsaydı, qol da vura bilərdik. Sonda qazanılan 1 xala görə məmnunuq. Uşaqlar sona qədər döyüşdülər və 1 xal əldə etdik”.
Xatırladaq ki, 18 turdan sonra hesabında 20 xal olan “Sabah”, turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.