Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. “Sabah” bu turda “Səbail”i qəbul edib. “Bank Respublika Arena”da keçirilən matçın 15-ci dəqiqəsində komandamız azlıqda qalıb. Yevgeni Koçuk, rəqib futbolçuyla mübarizədə qaydaları pozuduğuna görə, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Jelko Sopiçin yetirmələri meydanda azlıqda qalmalarına baxmayaraq, matçın qalan dəqiqələrində mübariz oyun sərgiləyərək, oyundan heç-heçəylə ayrıla biliblər.
Bu görüş həmçinin, yeni transferimiz Ramil Şeydayevin “Sabah”da debütü ilə əlamətdar olub. Millimizin üzvü matçın 87-ci dəqiqəsində Təmkin Xəlilzadənin əvəzinə meydana çıxıb.
Bu görüşdən sonra hesabında 20 xal olan komandamız, turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
“Sabah” növbəti turda səfərdə “Qarabağ”la qarşılaşacaq. Matç fevralın 29-da baş tutacaq.