“Sabah” Futbol Akademiyasının məşqçiləri ötən ilin noyabr ayında Saatlı, Salyan və İmişli rayonlarında seleksiya xarakterli məşqlər keçdilər. Məşqlərdə fərqlənmiş uşaqlar akademiyamıza cəlb edildi.

“Sabah” Futbol Akademiyasının koordinatoru Adino Mustedanaqiç klubumuzun kanalına seçimlər barədə danışdı.

Xatırladaq ki, akademiyamızın məşqçi heyəti noyabrın 27-də Salyanda, 28-də İmişlidə, 29-da isə Saatlıda seleksiya xarakterli məşqlər keçmişdi. “Sabah” Futbol Akademiyası qarşıdakı aylarda bölgələrdə futbolçu seçimlərini davam etdirəcək.