Bu gün Xocalı faciəsindən 28 il ötür.
1992-ci il, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri və Sovet ordusunun 366-cı alayının 2-ci batalyonu 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdilər. Soyqırım zamanı 613 nəfər həlak oldu. 106 qadın, 63 azyaşlı uşaq, 70 nəfər qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi. Soyqırım baş verən gecə 1275 nəfər dinc sakin əsr götürüldü ki, onlardan da 150 nəfərin taleyi hələ də məlum deyil.
Xocalı faciəsi erməni millətçilərinin uzun illər xalqımıza qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin növbəti qanlı səhifəsi, bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi.