“Sabah” FK Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində baş tutacaq “Qarabağ”la oyunun hazırlıqlarını davam etdirir. Komandamız bu gün növbəti məşqinə çıxıb. “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutan məşqdə futbolçular əsasən, taktiki-texniki təmrinləri yerinə yetiriblər.
Xatırladaq ki, “Qarabağ” – “Sabah” oyunu fevralın 29-da baş tutacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda, saat 18:00-da başlayacaq.