Futbol üzrə Azərbaycan I Divizionunda XVII tura yekun vurulub. “Sabah”ın əvəzedicilərdən ibarət komandası bu turda səfərdə “Qaradağ Lökbatan”la qarşılaşıb. Lökbatan Olimpiya İdman kompleksinin stadionunda keçirilən matç Rövşən Babayevin yetirmələrinin böyük hesablı (5:0) qələbəsi ilə nəticələnib. Komandamızın qollarına Mehdi Çoba (2), Reza Biqdelo və Zahid Mərdanov (2) imza atıblar.
Bu oyundan sonra hesabında 31 xal olan “Sabah-2” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Komandamız növbəti turda evdə “Neftçi”nin əvəzediciləri ilə qarşılaşacaq. Görüş martın 5-də saat 14:00-da “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutacaq.