Azərbaycan Premyer Liqasında XIX tura start verilib. “Sabah” bu turda səfərdə “Qarabağ”la qarşılaşıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qolsuz bərabərliklə başa çatıb. Bu oyundan sonra xallarının sayını 21-ə yüksəldən komandamız turnir cədvəlində 1 pillə irəliləyərək, 5-ci sıraya yüksəlib.
“Sabah” Azərbaycan Premyer Liqasında növbəti oyununu səfərdə “Neftçi”yə qarşı keçirəcək. Matç martın 7-də “Bakcell Arena”da baş tutacaq.