Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Qarabağ”la qarşılaşan “Sabah” səfər görüşündən 1 xalla ayrılıb (0:0). Baş məşqçimiz Jelko Sopiç oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:

“Bu gün güclü rəqibə qarşı oynadıq. “Qarabağ” çox yaxşı komandadı. Paltardəyişmə otağında futbolçulara demişdim ki, bu cür oyunlarda 1-2 fürsət əldə edə bilərik. Bu imkanlar ələ düşdü, lakin istifadə edə bilmədik. Belə rəqiblə görüşdə yaxşı qapıçın, bir qədər də uğurun olmalıdır. Bu gün həm Saşa Stamenkoviç çox yaxşı oynadı, həm də uğur bizim yanımzda idi”.