Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə “Neftçi” ilə qarşılaşacaq “Sabah” oyun hazırlıqlarını davam etdirir. Komandamız bu gün bir məşq keçib. “Bank Respublika Arena”nın ehtiyat meydançasında baş tutan məşqdə əsasən topla çalışmalara üstünlük verilib.

“Neftçi” – “Sabah” oyunu martın 7-də saat 18:00-da, “Bakcell Arena”da baş tutacaq.