Futbol üzrə Azərbaycan I Divizionunda XVIII turun oyunları keçirilir. “Sabah”ın əvəzedicilərdən ibarət komandası bu turda evdə “Neftçi-2” ilə qarşılaşıb.

“Bank Respublika Arena”nın ehtiyat meydançasında keçirilən oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Matçda komandamızın yeganə qoluna 45+3-cü dəqiqədə penaltidən Zahid Mərdanov imza atıb.

Bu oyundan sonra hesabında 32 xal olan “Sabah-2” turnir cədvəlində 3-cü pillədə yer alıb. Komandamız I Divizionun növbəti turunda Gəncədə “Kəpəz”lə qarşılaşacaq. Görüş martın 12-də baş tutacaq.