“Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” ilə səfər oyunundan (0:4) sonra mətbuat konfransında fikirlərini bildirib:

“Rəqibin ilk hücumunda qol buraxdıq. Bu amil oyunumuza təsir etdi. “Neftçi” bizdən daha yaxşı oyun sərgilədi. Fikrimcə, qarşılaşmadakı ikinci qol həlledici oldu. Həftə ərzində standart vəziyyətlər üzərində çalışmışdıq. Rəqibin bu anlarda necə oynayacağını bilirdik. İkinci topdan sonra çox çətin oldu”.

Xatırladaq ki, komandamız növbəti turda evdə “Keşlə” ilə qarşılaşacaq. Oyun martın 14-də baş tutacaq.