Azərbaycan Premyer Liqasının XXI turunda evdə “Keşlə” ilə qarşılaşacaq “Sabah” bu oyunun hazırlıqlarını davam etdirir.

Komandamız bu gün “Bank Respublika Arena”nın ehtiyat meydançasında bir məşq keçib. Jelko Sopiçin yetirmələri məşq zamanı taktiki-texniki tapşırıqları yerinə yetiriblər.

Xatırladaq ki, “Sabah” – “Keşlə” oyunu martın 14-də saat 16:00-da başlayacaq.