Futbol üzrə Azərbaycan I Divizionunda XIX tura start verilib. “Sabah”ın əvəzedicilərdən ibarət komandası bu turda səfərdə “Kəpəz”lə qarşılaşıb. Gəncə şəhər stadionunda keçirilən matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə nəticələnib (0:1).

Hazırda hesabında 32 xal olan “Sabah-2” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Komandamız növbəti turda evdə MOİK-lə üz-üzə gələcək. Matç martın 19-da baş tutacaq.