Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun XX, Premyer Liqanın XXI, XXII turlarının təxirə salınması haqqında əmr imzalayıb.
Son günlər Koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutularaq, I Divizionun XX, Premyer Liqanın XXI və XXII turları təxirə salınıb.
Xatırladaq ki, “Sabah” Azərbaycan Premyer Liqasının XXI turunda “Keşlə”, XXII turunda “Qəbələ” ilə, “Sabah 2” isə I Divizionun XX turunda MOIK-lə qarşılaşmalıydı.