Dünyada koronavirus (COVİD-19) pandemiyasının sürətlə yayıldığı bir vaxtda özünüzün və ətrafınızdakıların sağlamlığı üçün məcbur olmadığınız halda çölə çıxmamağı, evdə qalmağınızı xahiş edirik. Futbolçularımız Ruslan Abışov, Ramil Şeydayev, Şakir Seyidov, Məqsəd İsayev, Ozan Can Kökcü, Filip İvanoviç, Kevin Kubemba və Rəşad Eyubov da #evdəqalsağlamqal çağırışına qoşuldu.

Virusa birlikdə qalib gələk!