Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə keçirdiyimiz 9 ev oyunumuzu ümumilikdə 11950 tamaşaçı (hər oyuna orta hesabla 1327) izləyib. Bu, cari mövsümdə qeydə alınmış ikinci ən yaxşı göstəricidi.

Ev oyunlarımızda ən çox tamaşaçı dekabrın 2-də keçirilmiş “Qarabağ”la  qarşılaşmada (3000), ən az isə sentyabrın 29-da baş tutmuş “Səbail”lə matçda (300) qeydə alınıb.

Ev oyunlarımızda qeydə alınmış azarkeş sayı:

“Keşlə” 0:1 (1500 tamaşaçı)

“Qəbələ” 0:1 (1000)

“Səbail” 3:0 (300)

“Zirə” 2:2 (750)

“Sumqayıt” 1:3 (2000)

“Qarabağ” 0:1 (3000)

“Neftçi” 0:2 (2000)

“Qəbələ” 3:2 (400)

“Səbail” 0:0 (1000)

Tezliklə yenidən yaşıl meydanlarda görüşənədək…