Azərbaycanın Kəlbəcər rayonunun işğalından 27 il ötür.

Düz  27 il öncə – 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvvələri tərəfindən işğal olundu. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.

İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edərək, bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb etsə də, bu qətnamənin tələbləri hələ də yerinə yetirilməyib.