“Sabah” Futbol Klubu ilə Marko Deviç arasında razılaşmaya əsasən, futbolçunun klubla başa çatan müqavilə müddəti uzadılmayacaq.
Deviç 2018/19 mövsümündə və 2019/20 mövsümünün ikinci yarısında “Sabah”ın şərəfini qoruyub. O, komandamızın Premyer Liqadakı ilk mövsümündə meydana çıxdığı 21 oyunda 8 qol, cari mövsümdə isə 3 oyunda 1 qol vurub.
Ümumilikdə, “ağ-göy” formada 24 oyun keçirən Ukrayna millisinin sabiq üzvü 9 qola imza atıb. Marko Deviç “Sabah”ın Azərbaycan Premyer Liqasında ən məhsuldar futbolçusudu. O, həmçinin komandamızın yüksək liqada ilk qolunun müəllifidi.
“Sabah” FK Markoya kluba verdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.