Bu gün Azərbaycanın Şuşa şəhərinin işğalından 28 il keçir.
Düz 28 il öncə – 1992-ci il may ayının 8-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Şuşa şəhərini işğal etdilər. Həmin vaxt şəhərdə 25 min nəfərədək əhali yaşayırdı. Şəhərin müdafiəsi zamanı 195 nəfər şəhid olub, 165 nəfər yaralanıb.
İşğal nəticəsində Şuşada yerləşən yüzlərlə tarixi və mədəni abidə məhv edilib.
Azərbaycanın tarixi şəhərlərindən olan Şuşanı unutmur, şəhərin işğalı zamanı şəhid olan insanların əziz xatirəsini ehtiramla yad edirik.