Bu gün 9 May – Qələbə günüdür. Faşizm üzərində qələbədən 75 il ötür.
Xalqımız bəşər tarixinin ən dəhşətli müharibəsində istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərib. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşından 420 mini geri qayıtmayıb.
43 azərbaycanlı göstərdikləri şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bundan əlavə, faşizm üzərində qələbənin təmin olunmasında Bakı neftinin mühüm rolu olub.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ziya Bünyadov, Mehdi Hüseynzadə və başqaları müharibədə göstərdikləri şücaət ilə adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdırdılar.