Bu gün Azərbaycanın Laçın rayonunun işğalından 28 il keçir.

1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri Laçın rayonunu işğal etdilər. İşğal nəticəsində 60 min nəfərə yaxın insan öz dədə-baba torpaqlarından qovulub, 267 nəfər öldürülüb, 66 nəfər girov götürülüb.

Ərazisi 1835 kvadratkilometr olan Laçının işğalı nəticəsində rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi talan və məhv edilib, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə erməni vandalizminə məruz qalıb.

Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunu unutmur, rayonun işğalı zamanı şəhid olan insanların əziz xatirəsini ehtiramla yad edirik.