“Sabah” FK “Qarabağ”la yoxlama oyununda qüvvəsini sınayacaq. Matç iyunun 9-da saat 19:30-da “Bank Respublika Arena”da baş tutacaq.
Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı uzunmüddətli fasilədən sonra iyunun 1-də məşqlərə başlayan “Sabah” FK, hazırlıqlarını “Bank Respublika Arena”da davam etdirir. Komandamız Premyer Liqanın XXI turunda “Keşlə” ilə qarşılaşacaq. Matç iyunun 21-də baş tutacaq.