Azərbaycan Premyer Liqasına hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Qarabağ”la qarşılaşıb. “Bank Respublika Arena”da keçirilən görüş rəqibin böyük hesablı (0:5) qələbəsi ilə nəticələnib.

Baş məşqçimiz Jelko Sopiç matçda aşağıdakı futbolçulara güvənib:

Start heyəti:

1. Saşa Stamenkoviç, 38. Arsen Ağcabəyov, 13. Filip Ivanoviç, 5. Kərim Diniyev, 22. Elgün Nəbiyev, 42. Reza Biqdelo, 6. Vadim Abdullayev, 10. Cavid İmamverdiyev, 23. Amadu Diallo, 91. Ceyhun Nuriyev, 99. Ramil Şeydayev (k).

Sonradan meydana daxil olanlar:

71. Dmitri Bezruk, 4. Bəhlul Mustafazadə, 15. Ruslan Abışov, 27. Məqsəd İsayev, 19. Təmkin Xəlilzadə, 30. Mario Marina, 20. Yevgeni Koçuk, 7. Coşqun Diniyev, 26. 26. Ozan Can Kökcü, 77. Cavid Tağıyev, 18. Xulio Rodriqes.

Xatırladaq ki, “Sabah” Premyer Liqada fasilədən sonra ilk oyununu “Keşlə”yə qarşı keçirəcək. Qarşılaşma iyunun 21-də baş tutacaq.