“Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız “Bank Respublika Arena”da “Zirə” ilə qarşılaşıb.
Baş məşqçimiz Jelko Sopiç matçda aşağıdakı start heyətinə şans verib:
1. Saşa Stamenkoviç, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip Ivanoviç, 19. Təmkin Xəlilzadə, 30. Mario Marina, 20. Yevgeni Koçuk, 32. Rəşad Eyubov, 26. Ozan Can Kökcü, 99. Ramil Şeydayev, 18. Xulio Rodriqes.
Oyuna sonradan daxil olanlar: Ruslan Abışov, Cavid İmamverdiyev, Cavid Tağıyev, Ceyhun Nuriyev, Kevin Kubemba, Vadim Abdullayev, Elgün Nəbiyev, Arsen Ağcabəyov, Məqsəd İsayev, Dmitri Bezruk.
Matçın taleyini bir qol həll edib. Qarşılaşmanın 89-cu dəqiqəsində Cavid Tağıyevin ötürməsini başla qapıdan keçirən gənc futbolçumuz Ceyhun Nuriyev, oyunda vurulan yeganə qolun müəllifi olub – 1:0.