Baş məşqçimiz Jelko Sopiçin “Zirə” ilə yoxlama oyunu (1:0) barədə fikirləri:
“Adi yoxlama oyunu idi. Matçın ilk 30 dəqiqəsində hava çox isti idi ki, bu da, hər iki komandaya çətinlik yaradırdı. Qarşılaşmada futbolçuların əksəriyyətinə şans verdim. Bəzi oyunçularda səhvlər var idi. Ancaq onlara irad tutmaq istəmirəm. Fikrimcə, böyük fasilədən sonra onlara nəsə demək düzgün deyil. Yoldaşlıq görüşü idi, nəticə önəmli deyildi”.