Saşa Stamenkoviçlə yeni müqavilə bağladıq. Təcrübəli qapıçı ilə 2019/20 mövsümünün sonunda bitən müqavilə müddəti bir illik uzadılıb.
2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan serbiyalı qolkiper, oyun sayına görə klubumuzun rekordçusudur. Saşa ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) komandamızın uğurları üçün çalışıb.