“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Gənc qapıçı Nicat Mehbalıyev bundan sonra komandamızın uğurları üçün çalışacaq. Azərbaycan U-21 millisinin üzvü olan qolkiperlə 3 illik müqavilə bağlanıb.
19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.
Xatırladaq ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirmişdi.