“Sabah” klubla müqavilə müddəti bitən müdafiəçi Məqsəd İsayevlə yollarını ayırıb. Futbolçuya kluba göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.
Xatırladaq ki, Məqsəd İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə komandamızda 42 oyun keçirib, 1 qol vurub.