“Sabah” Cavid İmamverdiyevlə yollarını ayırıb. 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İmamverdiyev 2018-ci ildən komandamızın uğurları üçün çalışırdı. O, bu müddətdə meydana çıxdığı 40 oyunda 4 qola imza atıb.

“Sabah” FK Cavid İmamverdiyevə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.