“Sabah” FK klubla müqavilə müddəti bitən Rəşad Eyubovla yollarını ayırıb.
27 yaşlı yarımmüdafiəçi 2019-cu ildən komandamızın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 24 oyunda 3 qola imza atıb.
“Sabah” FK Rəşad Eyubova kluba göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.